Elektrostatik toz boya nədir?

Dünyada inkişaf etdirilmiş , BPC (Boyasan powder coating) markalı eletrostatik toz boyaları, metalların və toz boya materialının maqnit mühitindən fərqli elektrik enerjisi ilə doldurulduğuna əsaslanaraq toz materialının bir maqnitin təsiri altında metal səthini örtməsini əsas götürmüşdür. Toz ilə örtülmüş metal səth, 180-200 dərəcə yüksək bir temperatura tutulur. Beləliklə metalın bir hissəsinə çevrilən boyalı bir səth alınır. Günümüzün yeganə ekoloji təmiz məhsulu olan elektrostatik toz boyası bunu sübut edir ki, tətbiq zamanı istifadə olunan boya miqdarının 98% -i metalın üzərinə yapışır.Yerə tökülməsi 2-2.5% -dir.

Boya hissəcikləri-  əks dirəklər bir-birini cəlb edən prinsiplərinə görə parça üzərində çəkilir. Bununla birlikdə, öz aralarında əks qütbdə olduqları üçün bir-birlərini itələyir və homojen bir paylanmanı təmin edir, bununla da axıdılma və düşmə ehtimalını azaldır. Polimer tozlarının elektrostatik şəkildə örtüləcəyi hissələrə ayrıldıqdan sonra əriməsi ilə meydana gələn örtüyə toz örtüyü deyilir. Örtücü materialı, boyanın üst qatını təşkil edən çox incə toz boya hissəcikləridir.

Solvent, səth keyfiyyəti, davamlılıq, boya bərpaetmə sistemi, iqtisadiyyat və ətraf mühit həssaslığı elektrostatik toz rəngləmə ənənəvi rəngləmə proseslərindən daha cəlbedicilik və ekonomiklik halına gətirir.

Son illərdə alüminium və polad hissələrində tətbiq olunan toz örtük texnologiyasının davamlı inkişafı sənaye səthi örtük sahəsində əhəmiyyətli bir irəliləyişə səbəb oldu. Bir çox ehtiyacı asanlıqla həllini təmin edən toz örtüyü texnologiyası, örtük, görünüş, keyfiyyət, davamlılıq, iqtisadiyyat və ətraf mühitin qorunması kimi ənənəvi boyalar üzərində çoxsaylı üstünlüklərə malikdir.

 Üstünlükləri:

  • Mükəmməl örtmə qabiliyyəti
  • Baxım rahatlığı
  • Ətraf mütin qorunması
  • Ekonomik
  • Ekolojik
  • Cızılmaz, tökülməz, çat verməz
  • Gün işığında rəngini itirməz
  • 15 ildən çox müddətə davamlıdır
  • Nəmişliyə dözümlüdür
  • Anti- bakterialdır
  • Alova dyanıqlıdır
  • Karroziyaya dayanıqlıdır

 

BPCOAT- EP (Hibrit)


BPCOAT - EP seriyası məhsulları yüksək kimyasal  dayanıqlılığa malik, nəmişliyə dözümlü, son dərəcə yüksək yapışma və ətraf mühitə qarşı dözümlüdür. Bu seriya məhsulları günəş işığına məruz qaldığında keyfiyyətini itirməyə başlayır. Ona görə də EP seriyası sadəcə iç məkan üçün istifadəyə yaralıdır.


Kimyəvi quruluş: Epoksi 

İstifadə yerləri:

  • Ofis və məktəb mebelləri
  • Polad qapılar
  • Rəflər, şkaflar
  • Kombilər, Radiyatorlar
  • Soyuducular
  • Market rəfləri
  • Xəstəxana mebelləri

 

 

BPCOAT- PE (Polyester)

BPCOAT - PE seriya məhsulları EP seriyasından fərqli olaraq, hava və günəş işığına dayanıqlıdır. PE seriyası həm çöl məkan, həm iç məkan üçün istifadəyə yararlıdır.

Kimyəvi quruluş: Polyester-TGIC

 İstifadə yerləri:

  • Alüminium profillər
  • Bağ və park mebelləri
  • Polad qapılar
  • Açıq işıqlandırma vasitələri
  • yol nişanları
  • avtomobil aksesuarları və kənd təsərrüfatı maşınları
  • Reklam tabloları